SON IKI ILDƏ TƏKCƏ TƏBRIZDƏ 17 MIN
MILLI FƏAL ISTINTAQA ÇAĞRILIB

HARAY URMU son iki ildə təkcə Təbriz şəhərində 17 min nəfər milli hərəkat fəalı İran adlanan ölkənin ETTELAAT, polis və məhkəmə orqanları tərəfindən istintaqa cəlb edilib.
Həmin şəxslərin əksəriyyəti ETTELAAT təcridxanalarında və Sepahe-Pasdaranın gizli kameralarında, polis idarələrində fiziki və ruhi işgəncələrə məruz qoyulub, qısa və uzun müddətli həbslərə, sürgünə və ağır təzyiqlərə məruz qoyulublar. Bəzi soydaşlarımız hal hazırda həbsxanalarda bəziləri də girov müqabilində müvəqqəti azadlığa buraxılıblar.
Məlumatda bildirilir ki, 2006-2008-ci illərdə Təbriz şəhərində 43 nəfər milli fəal təhlükəsizlik məmurları tərəfindən naməlum yerlərdə ağır işgəncələrə məruz qoyularaq qətlə yetirilmiş və Təbrizin Elgölü, Acıçay, Mehran-rud, Park Erəm, Pərvaz, Baba bağı, Anaxatın, Çilləxana və başqa ətraf kənd və gözdən kənar yerlərə atılıb. Onların 21 nəfəri ekspert həkimlər tərəfindən yarılaraq döyülüb öldürüldüyü təsdiqlənsədə 22 nəfəri gizli şəkildə dəfn edilib.
Ən sonuncu qətlə yetirilən Təbrizli milli fəal Mehdi adlı 23 yaşlı gəncdir ki, son günlərdə Təbrizin yaxınlığında yerləşən Çilləxan kəndinin sahibsiz bağlarının birində 25 metrə dərinliyi olan quyudan tapılıb.
Məlumata görə soydaşımız bir müddət öncə yoxa çıxmış anonim zəng vasitəsilə ailəsinə övladlarının öldüyünü bildirmişlər. Bütün qətillərdə araşdırılma işləri naməlum qüvvələr tərəfindən qarşısı alınır. Rəsmi dairələr soyuq qanlılıqla bu cinayətlərə yanaşır. Bu cinayətlər Güney Azərbaycanda soydaşlarımıza qarşı faşist molla hakimiyyətinin ETTELAAT, Sepah, Bəsic, polis və cinayətkar dəstələri tərəfindən Milli Azadlıq mücadiləsinə qarşı həyata keçirilir.
Məlumatda bildirilir ki bu açıqlamada qətl yetirilən və istintaqa cəlb edilən soydaşlarımızın adlarını onların özlərinə və ailələrinə yenidən təzyiqlərin olmaması üçün adlardan istifadə edilməyib. Onları az bir hissəsinin adları dəfələrlə beynəlxalq İnsan Haqları Təşkilatları tərəfindən qeyd olunub. Qətlə yetirilən və ya həbs edilən soydaşlarımızın ailə və yaxınları İran təhlükəsizlik məmurları tərəfindən təzyiq və təhdidlərə məruz qalırlar ki məlumatlar kənara çıxmasın.
Bütün bunlara baxmayraq Güney Azərbaycan Türkləri öz milli və mədəni haqlarını əldə etməyənə qədər öz mübarizələrini davam edəcəklərini dəfələrlə bəyan ediblər. |